Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 16:23:00
Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlandı

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı  2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

AzEdu.az xəbər verir ki, seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə  7 nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura ( 6 nəfər )  və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə  təhsilini davam etdirmək hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib