Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 10:10:00
"Tarix kitabları gülünc informasiyalarla doludur, nazirlik hara baxır?"-Sərt TƏNQİD

Dərsliklərdə mövcud olan mənfi hallar təhsil sahəsinin problemlərindən biri olaraq qalmaqdadır. Bu, daha çox tarix kitablarında müşahidə edilməsi ilə bağlı fikirlər səslənir.

 

 

Tarixçi alim, uzun müddət Dövlət İmtahan Mərkəzinin tarix fənni üzrə ekspertlər şurasının sədri işləmiş Kərəm Məmmədov AzEdu.az-a açıqlamasında tarix kitablarının həqiqətləri təhrif etməsi ilə bağlı faktların mövcud olduğunu deyib:”Valideyn və şagirdlər dərsliklər arasında olan müsbət fərqi bu il müşahidə edə biləcəklər. Lakin  deyərdim ki, Azərbaycan tarixi dərsliklərində kifayət qədər neqativ hallar hökm sürməkdədir. İstər konsepsiya, istərsə də məna və situasiya baxımından  dünya tarixi kitablarını daha peşəkar şəkildə hazırlayırıq. Onu da qeyd edim ki, hazırda  Azərbayacan tarixi kitablarının təqdimatında inkişafi proseslər gedir. Nə vaxta kimi şagirdlər doğma tariximizi Sasanilər dövlətindən başlayacaqlar?”.

 

 

O qeyd edir ki, tarix kitablarının çoxunda faktlar real hadisələri aks etdirmir:”Təəssüf ki, indiki Azərbaycan tarixi kitablarında tamam başqa fikirlər səslənilir. Həmin çap məhsullarında  deyilir ki, Sasaniləri türklər 5-6 dəfə darmadağın, xilafəti isə məhv ediblər, digər tərəfdən isə vurğulanır ki, Azərbaycan Xilafətin tərkibində olub. Çox gülünc informasiyalar təqdim olunur. Belə məsələlərə diqqət yetirmək lazımdır. Elm və Təhsil Nazirliyi mənimlə əlaqə saxlamır. Baxmayaraq ki, Dövlət İmtahan Mərkəzində tarix üzrə qurumun rəhbəriyəm, niyə belə etdiklərini anlamıram. Tarixi konsepsiya və ekspertiza ilə bağlı  məsələlərdə məni dəvət etmirlər. Onlar dərsliklər üçün standartlar hazırlayırlar, dərslik müəllifləri də həmin standartlardan kənara çıxa bilmirlər, bu da mənfi halların yaranmasına səbəb olur. Standartlardan uzaq olan Hollandiya Burjua İnqilabı kitablardan çıxarıldı. Çində olan sülalələrin hakimiyyəti kimin nəyinə lazımdır? Bu, bizim azərbaycanlı şagirdimizə nə verir? Sun sülaləsi zamanı baş verənləri bilməsi onların nəyinə lazımdır? Bizə yaxın və doğma olan tarixi şəxsiyyətlərin fəaliyyətini tədris etmək bizə daha uyğun olacaq, misal olaraq, Səlahəddin Eyyubinin adını çəkmək olar. Bu kimi tarixi şəxsiyyətlər bizə daha vacibdir, nəyinki Çindəki hansısa üsyan. Sovet dövrünün standartlarından çıxmaq lazımdır, həmin zamanlar əsas olan sinfi mübarizə, üsyanlar və bu kimi məsələlərdən uzaqlaşmaq lazımdır. Jirondistlər və termidorçuların üsyanı kimi mövzular tarix dərsliklərindən çıxarılmalıdır. Bunlar azərbaycanlı şagirdə nə verir? Böyük Fransa Burjua İnqilabı mühim hadisələrdən biridir. Lakin Azərbaycan üçün əhəmiyyət kəsb etməyən tarixi hadisələri dərsliklərdə vermək mənasızdı, heç şagirdlər onların adını da deyə bilmirlər. Türk islam tarixi üçün daha mühim olan Nurəddin Zəngi kimi tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini vermək və onlardan örnək götürmək lazımdır. Standartlara fikir vermək vacibdir, ona da Elm və Təhsil Nazirliyi baxır, o, da ki, bu məsələyə kifayət qədər diqqət etmir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları