Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 09:57:00
Şəhid anası və şəhid oğlu məktəb direktoru təyin olundu

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Zəngilan rayon 11 nömrəli tam orta məktəbin tarix müəllimi Zeynalov Camal Dadaş oğlu Zəngilan rayon 23 nömrəli tam orta məktəbə, Zəngilan rayon 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Aygün Məmməd qızı isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

 

AzEdu.az xəbər verir ki, C.Zeynalovun atası Dadaş Zeynalov Qarabağ müharibəsində, 1993-cü ildə Zəngilan şəhəri ərazisində, A.Məmmədlinin oğlu Müşfiq Orucov isə Aprel döyüşlərində, 2016-cı ilin aprel ayında Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Open photo

Şükufə Süleymanlı
Müəllifin digər yazıları