Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-24 15:22:00
Rəsm müəllimindən ilk - Türkiyə məktəbi ilə ortaq iş

 

Bakı şəhər 180 nömrəli tam orta məktəblə İzmir Feyzipaşa  məktəbi arasında rəsm istiqaməti üzrə layihə gərçəkləşəcək. Sərgi xarakteri daşıyacaq layihənin adı “Bir millət, iki dövlətdir”. O, həm türk, həm də Azərbaycan məktəbləri arasında təşkil ediləcək. Bununla bağlı ümumi afişalar hazırlanacaq, burada müxtəlif kompazisiyalar nümayiş olunacaq, şeirlər deyilib, rəqslər ediləcək, həmçinin, skayp vasitəsi ilə müxtəlif təhsil ocaqları arasında canlı bağlantılar yaradılacaq.

 

 

Layihənin əsas təşkilatçılarından olan 180 nömrəli məktəbin təsviri incəsənət müəllimi Sahib Şəmizadə onun haqqında məlumat verib:

 

“Türkiyə Milli Egitim Bakalığı digər məktəblərin də bu layihəyə qoşulması arzuolunandır. Həmin istiqamətdə bir neçə təhsil müəssisəsi bu sərgiyə qoşulacaq. Kompazisiyalar daha çox Azərbaycan və Türkiyə qardaşlığına həsr ediləcək, artıq  məktəb rəhbərliyinə də məlumat vermişik.

 

 

Türkiyə Milli Egitim Bakanlığı bizə vaxt verib ki, tədbiri bir müddət sonra keçirək, onlar bunun üçün zaman istəyiblər. Buna əsas səbəb digər məktəblərin bu layihəyə qoşulmasıdır. İlin sonuna kimi onun keçirilməsi nəzərdə tutulur.

 

 

Hər iki tərəf bir-birinə şəkil çəkib göndərəcək və onlar sərgilərdə təqdim ediləcək. Sərginin fotoları Türkiyə Milli Egitim Bakanlığı və türk media orqanları tərəfindən paylaşılacaq”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları