Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 09:58:00
Məktəbdə saqqal saxlamaq, rəngli saç, qısa ətək geyinmək olmaz-Geyim qaydaları MÜƏYYƏNLƏŞDİ

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.

 

Yeni qaydalara əsasən şagirdlərin geyim və görünüşü bu şəkildə olmalıdır.

 


AzEdu.az təqdim edir:

 


Təlimatda qeyd edilib ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməlidir(məktəbli forması, ayaqqabı və s.).

 

Eyni zamanda geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

 

 

Təlimata əsasən aşağıdakılar qadağandır.

 


Şagirdə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal saxlamaq qadağandır.

 

Təlimatla buradan tanış ola bilərsiniz.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları