Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 16:18:00
“Azərbaycanda universitet tələbəsi tozlu havadan zərbə alır” – Görmədiyimiz gizli problem  

Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və sağlam ətraf mühitin yaradılması istiqamətində genişmiqyaslı, əhəmiyyətli tədbirlər həyata keçirilir. Paytaxt   Bakı küləkli şəhərdir  və burada olan azacıq toz kütləsini külək sürətlə ətrafa yayır.   

Bəs,  toz-duman kütləsinin çox olduğu şəhərlərdə təhsil alan şagirdlərin intellektual bacarıqlarına necə təsir göstərir? Çünki Avropa və Çin alimlərinin araşdırmalarına görə, atmosferi çirkli, tozlu olan yerlərdə insanların analitik düşüncə qabiliyyəti çox aşağı düşür. Bu da birbaşa təhsil sistemi ilə bağlıdır. 

AzEdu.az-a açıqlaması zamanı professor, sosioloq alim  Əhməd Qəşəmoğlu    bildirib ki, ekoloji şərait  insanlara çox  təsir göstərir: 

“Ekoloji şərait  insanlara, məktəblilərə və onların təhsilinə müəyyən     təsir göstərdiyi üçün bir çox  ölkələrdə universitetlər  şəhər kənarlarında  yerləşir. Bizdə də  ekoloji vəziyyət çirkli olduğuna görə bu,  birbaşa insanlara təsir edir.  Orta məktəbdə istərsə də universitetdə  təhsil alan hər bir insan    ekoloji mühitdən  hər gün zərbə alır.  Şagirdlərin, təhsil alan hər bir gəncin aldığı zərbə imkan vermir ki, onun intellektual imkanları, potensialı lazımi şəkildə sistemləşsin. Tozlu hava şəraiti şagirdlərin intellektual  baxımdan təkmilləşməsinə zərbə vurduğu üçün onlarda bu problem artıq narahatedici səviyyəyə çatıb. 

Coğrafiya elmlər doktoru dosent Zakir Eminov açıqlaması zamanı bildirib ki,  havanın toz-duman olması birbaşa xəstəlikdir: 

“Havanın toz-duman olması şagirdlərin fiziki inkişafına, yaddaşına, intellektual bacarıqlarına mənfi  təsir göstərir. Şəhərdə mövcud olan yaşıllıqları ən azından qırmaq deyil,  qorumaq lazımdır. Çünki ağaclar havanı təmizləyən birinci ekoloji vasitədir. Yaşayış olan ərazilərdə  parkların, yaşıllıqların sayını artırmaq lazımdır”.                  

Günel Yaşarqızı