Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 15:48:00
Şagirdin təhsilinə ən çox bu ölkələrdə pul xərcləyirlər – İnanılmaz rəqəmlər  

Dünyanın müxtəlif ölkələrində təhsil sisteminə görə xərclər də dəyişir.

Bəs ailələrin uşaqlarını oxutmaları neçəyə başa gəlir ?

AzEdu.az xarici mətbuata istinadən müxtəlif ölkələrdəki təhsil xərclərini təqdim edir:

Honq Konqda ailələr bir uşağın təhsili üçün təqaüdlərdən başqa şəxsi hesablarından orta hesabla 131 min dollar xərcləyirlər.

Birləşmiş Ərəb Əmirlikləri isə 99 min dollarla ikinci sırada yer alır.

Sinqapurda  bir ailənin təhsil üçün xərclədiyi pul orta hesabla 71 min dollardır.

ABŞ-da bu məbləğ orta hesabla 58 min dollardır. Orada məktəblər açılarkən hər bir ailənin övladı üçün 685 dollar xərci çıxır. Burada ən baha başa gələn kompüter olur ki,təxminən 299 dollara başa gəlir. Bundan əlavə, 286 dollar forma, 271 dollar isə tablet və hesab maşını kimi elektron materiallara sərf edilir.

Fransada isə ailələrin təhsil prosesi boyu xərclədiyi ümumi məbləğ 16 min dollar ətrafında olur.

Türkiyədə Təhsil-İş Həmkarlar İttifaqının apardığı hesablamalara görə, 2018-ci ildə məktəbə başlayan  bir uşaq üçün xərclər 247 dollar, liseylərdə isə 279 dollara başa gələcək.