Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 17:25:00
Valideynlər, müəllimlər və şagirdlər bu davranışlara görə məsuliyyət daşıyacaqlar-RƏSMİ

Valideynlər-qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri hazırlanıb.

 

AzEdu.az həmin davranışları təqdim edir:

 

- Alçaldıcı, təhqiredici va hədələyici ünsiyyətə yol vermək
- Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək
- Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək
- Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək
- Radikal dini va siyasi baxışları təbliğ etmək
- ictimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək
- Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud va ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək
- Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.