Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 18:05:00
MDU-da LDU ilə birgə  konfrans keçirilib -FOTO
2022-ci ilin oktyabrın 17-də Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti (MDU) və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
 
Fotoğraf açıklaması yok.
 
 
MDU-nun ev sahibliyi etdiyi konfransa LDU-nun rəhbər və akademik heyət üzvləri, şəhər icra hakimiyyətinin nümayəndələri, MDU-nun əməkdaşları, tələbə və magistrantları qatılıblar. Eyni zamanda, hər iki universiteti təmsil edən müəllim və tələbələrin konfransda onlayn formatda iştirakları təmin edilib.
 
 
Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan konfrans Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
 
 
Bir 4 kişi ve ayakta duran insanlar görseli olabilir
 
 
Konfrans iştirakçılarını Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edən MDU-nun rektoru Ş.Bayramov bir il əvvəl Lənkəranda LDU ilə birgə belə bir konfransın keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ötən əsrin 90-cı illərində Sovet imperiyasının dağılması ilə dünyanın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə yaranan qeyri-müəyyən və ziddiyyətli tarixi şəraitdə Azərbaycanın bərpa edilən milli müstəqilliyi məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dönməz xarakter alıb. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirildiyini deyən Ş.Bayramov Azərbaycanın hazırda yeni geosiyasi reallıqlar yaradan nüfuzlu beynəlxalq faktora, qalib və qüdrətli dövlətə çevrildiyini xüsusi vurğulayıb.
 
 
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri müstəqillik tariximizin ən şanlı səhifəsi adlandıran MDU rəsmisi ölkənin davamlı inkişafında ali təhsil müəssisələrinin rolunu da yüksək dəyərləndirib.
 
Bir 11 kişi ve ayakta duran insanlar görseli olabilir
 
Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov davamlı müasirləşən və yeniləşən iki region universiteti ilə birlikdə Mingəçevirdə keçirilən konfransda iştirakdan məmnunluğunu bildirib. Tədbirin elmi-nəzəri konfrans formatında birgə təşkilinin önəmini diqqətə çatdıran İ.İsmayılov müstəqillik tariximizin araşdırılması və tarixi həqiqətlərin gənc nəsillərə olduğu kimi çatdırılıması işlərini ali təhsil müəssisələri qarşısında duran başlıca vəzifərərdən biri kimi dəyərləndirib.
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində apardığı nəhəng, düşünülmüş, ardıcıl və sistemli quruculuq işlərindən bəhs edən İlham İsmayılov hazırda Azərbaycanın müstəqillik tarixinin ən güclü və qüdrətli dövrünü yaşadığını bildirib.
 
Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir
 
Mingəçevirdə və tərəfdaş MDU-nun kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən LDU-nun rektoru, professor Natiq İbrahimov bayram münasibətilə konfrans iştirakçılarını təbrik edib. Tarixi Zəfərin qazanılmasında və müstəqilliyimizin gücləndirilməsində vətənpərvər və qəhrəman gənclərin rolundan danışan professor N.İbrahimov tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin universitetlərin əsas vəzifələrindən biri olduğunu vurğulayıb və bu baxımdan elmi-nəzəri konfransın xüsusi rol oynadığını deyib. 44 günlük Zəfər yürüşündən sonra Azərbaycanın daha sürətli və yeni inkişaf yoluna qədəm qoyduğunu deyən rektor Natiq İbrahimov müstəqillik tariximizin şanlı səhifələrinin yazılmaqda davam etdiyini bildirib. Qeyd edib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq və abadlıq işlərinin həyata keçirilməsi ali təhsil müəssisələri qarşısında yeni çağırışlar və vəzifələr qoyur. Bu baxımdan hər iki tərəfdaş universitet arasında birgə fəaliyyətlərin davamlı olmasının zəruriliyini diqqətə çatdıran N.İbrahimov hər iki ali təhsil ocağına bu sahədə uğurlar arzu edib.
 
 
Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilir
 
 
Birgə konfransda MDU-nun akademik heyət üzvlərindən dosent Nizami Zeynalov “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi zəruriliyi və əhəmiyyəti”, dosent Esmira Cəfərova “Müstəqilliyimiz bu gün: reallıqlar və perspektivlər”, Şuşanın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş Azərbaycan Bayrağı ordenli I kurs tələbəsi Elnur Salahov “Şuşanın işğaldan azad edilməsi Vətən Müharibəsinin salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər tarixidir” mövzusunda çıxış ediblər.
 
 
Elmi-nəzəri konfransda LDU-nu təmsil edən professor Telman İmanovun “Xalqın rifahına həsr edilmiş həyat: iqtisadi siyasət müstəvisində”, dosent Gülbəniz Əliyevanın “Müstəqillik zirvəsi – dinamik iqtisadi inkişaf fonunda müasir qüdrətli Azərbaycan reallığı” və dosent Zaur Məmmədovun “Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq” mövzusunda məruzələri dinlənilib.
 
 
Məruzələr ətrafında müzakirələr keçirilib və fikir mübadiləsi aparılıb.
 
 
Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin də tərəfdaşlıq etdiyi birgə konfrans 2021-ci ilin 15 oktyabr tarixində MDU və LDU arasında Əməkdaşlıq Memorandumunun imzalanması ilə əsası qoyulan işbirliyi çərçivəsində təşkil olunub.