Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 12:34:00
Attestatı itirən onu necə əldə edə bilər? - Yenisini almaq asan başa gəlmir

Attestat şagirdin tam orta təhsili bitirməsini sübut edir. Bu, onun gələcəkd ali təhsil müəssisəsində təhsil ala biləcəyi üçün əsas rolunu oynayır. Bəs attestatını itirən şəxslər ilk olaraq hara müraciət etməlidirlər?

AzEdu.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, ümumi və  tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təqdim edilir. Attestat məzunlar tərəfindən götürülmədiyi halda tam orta təhsil müəssisəsində saxlanılır.

Ümumi təhsil müəssisəsi ləğv olunduqda attestat  və onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.

Attestatını itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində attestatın dublikatını verir.

Ümumi orta, tam orta təhsil haqqında attestat və onların dublikatlarının hazırlanması və verilməsinə görə attestat alanlardan heç bir ödəniş tələb olunmur. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları