Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 18:45:00
Sertifikasiyadan keçən müəllimlərin maaşı bu şəkildə hesablanacaq-Dərs saatına uyğun

Bir ay öncəyə qədər təhsil gündəminin əsas mövzularından biri də müəllimlərin sertifikasiya prosesindən keçməsi ilə bağlı idi.

 

İbtidai sinif müəllimləri mərhələli şəkildə həm test, həm də müsahibə mərhələsini başa vurub. Digər fənlər üzrə isə təhsil işçilərinin sertifikatlaşdırılması davam edəcək.

 

Müəllimləri ən çox maraqlandıran məsələlərdən biri də sertifikasiyadan keçən şəxslərin əməkhaqqında artımın necə hesablanması mövzusudur.

 

AzEdu.az sertifikasiyadan keçən müəllimlərinin həftəlik dərs saatına əsasən, maaşının hesablanma qaydasını təqdim edir:

 

Prosesdən keçən və həftəlik 6 saat dərs yükü olan müəllimlərin orta aylıq maaşı 150 manatdırsa, ona 10% əlavə olduqda 165, 35% olduqda isə 203 manat təşkil edəcək.

6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin orta aylıq əməkhaqqı 310 manatdırsa, ona 10% əlavə olunduqda 340,  35% əlavə edildikdə isə 420 manat təşkil edəcək. 

 

12-18 saat aralığında dərs yükü olan müəllimlərə gəlincə, onların orta aylıq əməkhaqqı  535 manatdır. Sertifikasiyadan keçdikdən sonra onların nəvacibi 10%  əlavə ilə 590, 35% əlavə tətbiq edildikdə isə 720 manat təşkil edəcək.

 

18-24 saat aralığında dərs yükü olanların orta əməkhaqqı 755 manatdır. 10%  əlavə tətbiq edildikdə nəvacib 830, 35% əlavə olduqda isə 1020 manat olacaq.

 

Eyni zamanda 24 saatdan artıq dərs yükü olanların əməkhaqqı 1100 manatdır. 10% əlavə olunduqda onlar 1210, 35% əlavə tətbiq edildikdə isə 1485 manat əməkhaqqı alacaqlar.


Qeyd edək ki, sertifikatlaşdırma prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları