Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 14:43:00
Qəbul imtahanlarında bu fənn üzrə ciddi dəyişikliklər olmalıdır - Təkliflər

“Magistraturaya qəbul imtahanında 2022-ci il olmağına baxmayaraq, informatika üzrə hələ də office proqramlarının 2010 versiyasına aid suallardan istifadə edilir”.

 

“Abuturiyentlər üçün nəzərdə tutulan proqram magistratura proqramına nisbətən daha çətindir”.

 

Son olaraq magistraturaya qəbul imtahanında xarici dil üzrə müəyyən dəyişikliklər edildi.

 

Belə ki, bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur.

 

Burada uzun müddətdir səsləndirilən informatika fənni üzrə dəyişikliklərin edilməsilə bağlı məsələni yenidən müzakirələrin mərkəzinə gətirdi.

 

Bəs magistraturaya qəbul imtahanında informatika üzrə nə kimi dəyişikliklərin olması zəruridir? Hansı yeniliklərə ehtiyac var?

 

İnformatika müəllimi Sevinc İbrahimova AzEdu.az-a açıqlamasında informatika fənni üzrə abituriyentlər üçün proqramın magistrlardan daha çətin olduğunu söyləyib:

 

Açıklama yok.

 

“Bildiyiniz kimi hazırda bakalavriat səviyyəsinə qəbulda I ixtisas qrupuna informatika fənni də əlavə edilib. Abuturiyentlər üçün nəzərdə tutulan proqram magistratura proqramına nisbətən daha çətindir. Mən isə bunun tam əksinə olmasının vacibliyini düşünürəm. Magistratura üzrə hazırlaşanlar artıq müəyyən universitet oxumuş tələbələrdir. Onlar üçün hazırlanmış informatika proqramının abuturiyentlərə nisbətən daha dolğun və daha öyrədici olmasının tərəfdarıyam”.

 

“Məsələn, abituriyentlərin proqramına magistratura imtahanından fərqli olaraq “phyton”, “html”, “alplogo” proqramlaşdırma dilləri, modelləşdirmə, kriptoqrafiya kimi mövzular əlavə olunub. Bu kimi mövzular magistratura imtahanına da əlavə olunmalıdır”-deyə, müəllim təklifini bildirib.

 

İnformatika üzrə təlimçi, BDU-nun kompüter mühəndisliyi ixtisası üzrə dərs deyən müəllim Yadigar Əliyev mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bu fənn üzrə imtahanın praktik şəkildə təşkilinin vacib olduğunu söyləyib:

Açıklama yok.

 

 

“Düşünürəm ki, informatika fənni üzrə imtahan birbaşa komputer arxasında, praktik mövzular üzrə götürülməlidir. Sualların sayı normaldır, burada dəyişikliyə ehtiyac yoxdur. Amma bəzi mövzuların çıxarılmasına ehtiyac var. Çünki bu mövzular magistraturaya qəbul olan şəxsin gələcək fəaliyyətində ciddi əhəmiyyətə malik deyil. Məlumatlılıq baxımından yaxşı ola bilər, amma gələcəkdə namizədin işinə yaramayacaq mövzulardan suallar salınır. Magistraturaya qəbul olacaq namizədə gələcəkdə Word, Excel və PowerPoint ofis proqramları lazım olacaq ki, suallar da əsasən bu istiqamətdə təşkil olunmalıdır. Həmçinin imtahana düşəcək mövzulara daxil edilmiş müəyyən proqramların köhnə versiyaları deyil də ən son versiyalarından suallar olmalıdır. 2022-ci il olmağına baxmayaraq, hələ də office proqramlarının 2010 versiyasına aid suallardan istifadə edilir”.

 

Təlimçi əzbərçiliyə yol açan sualların çıxarılmalı olduğunu vurğulayıb:

 

“İmtahan kağız üzərində olanda, praktik suallar əvəzinə bəzən əzbərçi suallar təqdim olunur. Bu baxımdan namizədlərdə əzbərçiliyə yol açan sualların imtahan salınmasının əleyhinəyəm. Hazırda kağız üzərində keçirilən imtahanda kifayət qədər bu tip suallar olduğuna görə onlardan bir mənalı şəkildə imtina olunmalıdır”.

 

Qeyd edək ki, 2023-cü ildə keçiriləcək qəbul imtahanında I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən də imtahan verəcəklər.