Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 12:32:00
Qəbul qaydalarındakı yeniliklərin xüsusi faydaları -Nələr dəyişəcək?-TƏHLİL

 

 

Yeni qərara əsasən, 2023-cü ildən etibarən magistraturaya qəbul imtahanlarında xarici dil üzrə 5 qrammatika sualı çıxarıldı, əvəzinə 5 mətn sualı əlavə edildi.

 

Belə ki, bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur.

 

Bəs bu dəyişiklik nə dərəcədə zəruri idi? Başqa nə kimi dəyişikliklərə ehtiyac var?

 

Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib AzEdu.az-a açıqlamasında bu dəyişikliyi zəruri hesab etdiyini, gənclərin xarici dili daha yaxşı mənimsəməsi baxımından müsbət addım olduğunu söyləyib:

 

“İlk olaraq qeyd edim ki, bu dəyişiklik  2023-cü ilin fevral ayından etibarən tətbiq ediləcək. Bəzi media vasitələrində bu tarix 2024-cü il olaraq qeyd edilib, bu da insanlarda müəyyən çaşqınlığa səbəb olub. Dəyişikliyə əsasən, bakalavarların xarici dil üzrə biliklərinin daha dərindən yoxlanılması üçün qrammatik və leksil dil bilikləri üzrə test tapşırıqlarının sayı 5 vahid azaldıb, əvəzində oxuyub-anlama bacarıqlarının yoxlanması üçün tapşırıqların sayı 5 vahid artırılıb. Hesab edirəm ki, bu dəyişiklik çox zəruri idi. İxtisasından asılı olmayaraq hər hansı bir şəxs imtahana hazırlaşarkən əsasən, qrammatik bilikləri mənimsəyib, onu testə tətbiq etməyə diqqət edir. Bu da həmin şəxsin xarici dil biliyini ünsiyyət səviyyəsində, daha yaxşı mənimsəməsinə mane olur. Məsələn, hər hansı informasiyanı, mətni oxuyub söhbətin nədən getdiyini anlayırsız, amma qarşınızdakı insana bunu başa salmaqda çətinlik çəkirsiniz. Düşünürəm ki, hər hansı bir mətni dinlədikdən sonra başqa bir şəxsə eynisini təkrar etmək daha rahatdır. Hər hansı  bir məlumatın dinləmə vasitəsilə mənimsənilməsi daha yaxşı olur”.

 

Açıklama yok.

 

 

Ekspert digər yeniliklərə də diqqət çəkərək, bunun həm də məzunların gələcək iş həyatlarındakı önəmindən danışıb:

 

“Həmçinin, dəyişikliyə əsasən, artıq magistraturaya qəbul imtahanlarında yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur. Bu, təqdirəlayiq addımdır. Ümumilikdə edilən dəyişiklikləri yüksək qiymətləndirirəm. Dil biliklərinin dinləmə vasitəsilə öyrənilməsi üçün müəyyən dəyişikliklərin həyata keçirilməsinin zəruriliyini mən və mənim sahəmdə olan bir çox şəxsi düşündürürdü. Sevindirici haldır ki, DİM bunu həyata keçirdi. Nəticədə gələcək magistratura məzunları iş həyatlarına dil baxımından daha püxtələşmiş halda qədəm qoyacaqlar. Bəzi bakalavrlar xarici dilin onların ixtisası üçün çox da əhəmiyyətli olmadığını qeyd edərək narazılıqlarını bildirirlər. Amma hazırda xarici dil biliyinin istənilən sahə üzrə nə qədər vacib olduğu məlumdur”.

 

“Bu həm ölkənin gələcək üçün keyfiyyətli kadrların yetişdirilməsi, həm də gənclərin daha yaxşı işlə təmin olunmaları baxımından faydalı olacaq”-deyə, o bildirib.

 

Qeyd edək ki, imtahan verənlər yeni model test tapşırıqları ilə yaxın vaxtlarda çap olunacaq Magistr №2 jurnalında tanış ola biləcəklər.