Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında oktyabr ayının 5-də görüş keçirilib.
Bununla bağlı AzEdu.az-a Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri A.Paşayev təbliğat-təşviqat və maarifləndirmə məqsədi ilə keçirilən görüşdə, Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış TTKF-in fəaliyyətindən, təhsil kreditlərinin növlərindən və müraciət qaydalarından, təhsil kreditlərinin təhsilin keyfiyyətinə və əmək bazarının formalaşmasına təsirindən bəhs edib.
Tədbirdə UNEC-in birinci kurs tələbələri iştirak edib.
Görüşün növbəti mərhələsində tələbələrin sualları cavablandılırıb və təklifləri qeydə alınıb.
Tələbələr ilə görüşün səmərəli və yüksək səviyyədə təşkil edilməsinə görə UNEC-in kollektivinə dərin minnətdarlığımızı bildiririk!