Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 10:41:00
“Şagirdlərdən telefonların yığılması qanunverciilikdə yoxdur”-Kamran Əsədov

 

“Şagirdlərdən məktəbə daxil olanda mobil telefon və buna bərabər tutulan cihazların yığılması heç bir qanunvericilik aktlarında və təlimatda qeyd olunmayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

Ekspert telefonların yığılması üçün qaydaların müəyyən edilməli olduğunu qeyd edib:

 

“Heş bir direktor, müəllim şagirddən telefonu dərs başlayanda yığıb, dərsdən sonra qaytarmaq prosesini tətbiq edə bilməz. Yığıla bilər, yığılmalıdır o ayrı bir mövzudur, bunun üçün ilk növbədə təlimat, qaydalar müəyyən edilməlidir.

 

Özünüzdən təlimatlara bığ, saqqal qoymayın”.