Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 10:52:00
Bu vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb

Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahan oktyabrın 16-da Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.

 

İmtahanda iştirak etmək üçün 1982 (BA - 522, BB - 1455) nəfər qeydiyyatdan keçib.