Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 10:01:00
Məktəb psixoloqlarının formal fəaliyyəti - Məktəb olaylarında əsas günahkarlar

4 oktyabr tarixində təhsil sahəsi günə heç də xoş olmayan, daha dəqiqliklə desək neqativ xəbərlərlə başladı.

 

İlk olaraq sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsi ilə bağlı videogörüntülər yayıldı. Hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi bildirilir. Həmçinin, İsmayıllı rayonunda məktəbli bıçaqlanıb. Rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə 4 bıçaq zərbəsi endirib. N.Fətəliyev Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi olub.  Bundan əlavə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində intihar hadisəsi baş verib. Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb.

 

Bu hadisələrin baş verməsi ilk olaraq təhsil ictimaiyyətində psixoloji vəziyyətin heç də yerində olmadığına dəlalət edir.

 

AzEdu.az-a danışan psixoloq Nurəli Cələbiyev vəziyyət heç də ürəkaçan olmadığını qeyd edir:

 

Məktəblərdə bir yaxud, bir neçə şagird tərəfindən digərinə qarşı  zorakılıq və qısnama hallarını özündə əks etdirən bullinq faktları mövcuddur. Bu, da şiddətə  məruz qalan şagirdin müəyyən nadinclik, intizamsızlıq  və digər şəxsləri  qıcıqlandırması nəticəsində baş verir. Proses özlüyündə qarşı tərəfin əks reaksiyasıdır.

 

Digər tərəfdən də zorakılığı icra edən yeniyetmələr asosial, davranışı mükəmməl olmayan və davranış pozğunluğu olan şəxslərdir. Onlar  başqalarını incitməyi özünə təsdiq faktı kimi  qiymətləndirirlər. Bununla da özlərinin güclü və bacarıqlı olduqlarını sübut etməyə çalışırlar. Baş verən situasiya yeniyetmə qruplarında təsadüf olunan davranış pozğunluğudur. Bundan ziyan çəkən qarşı tərəf  zorakılığın qurbanı olur. Nəticədə şiddətə məruz qalan uşaq da özünü alçaldılmış və təhqirolunmuş, qüruru sındırılmış hesab edir”.

 

Psixoloq intiharların səsəblərini vurğulayır:

 

Şagirdlər çıxış yolu tapmayaraq  intihara əl atırlar. İntihar anidən baş vermir, əvvəlcə insan depressiya və stress  vəziyyətinə düşür. Nəticədə stress halları dərinləşərək  sürətli şəkil alır, depressiv fon yaranır,  70 faiz belə hallarda insanlar intihar edir. Çünki onlar düşünürlər ki,  öz mübarizələrində uduzublar və bacarmırlar,  onlar üçün çıxış yolu ölümdür. Bu, daha çox iradəcə zəif uşaqlarda olur, onlar ərköyün olurlar, belə hal ən çox da oğlan uşaqlarında rast gəlinir. İradəcə zəif olan insanlar çıxış yolunu intiharda görürlər. Bu, cəmiyyətin sosial bəlalarından biridir. Məktəb psixoloqları  ciddi şəkildə işlə məşğul olmalıdılar, onlar davamlı konsultasiya aparmalı, maarifləndirirci işlər görməlidilər. Valideynlərlə görüşlər keçirməlidir. Yalnız məktəb mühitində deyil, ailədə də belə zorakılıq hallarına rast gəlinir.

 

Bir çox hallarda ali məktəblərə qəbul oluna bilməyən, yetərincə bal toplamaq imkanına malik olmayanlar, valideynin ümidini doğrulda bilməyənlər intihar yolunu seçirlər. Onlar valideynlərin davranışlarından çəkinərək, yoldaşları arasında özlərini narahat hiss etdikləri üçün bu yola üz tuturlar. Bu, da daha çox məsuliyyət hissinə malik olan uşaqlarda olur. Onlar başqalarının ümidlərini doğrulda bilmədikləri üçün  bundan əzab çəkərək intihar edirlər. Bunlar cəmiyyətin sosial bəlasıdır. Bu, kimi hallar hər zaman olub, lakin bizim zəmanəmizdə   bilinməməsinə səbəb sosial şəbəkələrin olmaması idi. Həmçinin, sosial şəbəkələr də birbaşa şagirdlərə təsir göstərir.

 

 

Bəzən şagirdlərdə narkotik və psixotrop maddələrə qarşı aslılıq yaranır, bunların hamısı bir qrup məktəbyaşlı uşaqların  arasında özünü göstərən  haldır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları