Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 05:42:00
Magistraturaya qəbulda edilən dəyişiklik nə vəd edir?-“Limiti keçməyənlərin sayı artacaq”

 

Yeni qərara əsasən, 2023-cü ildən etibarən magistraturaya qəbul imtahanlarında xarici dil üzrə 5 qrammatika sualı çıxardıldı, əvəzinə 5 mətn sualı əlavə edildi.

 

Belə ki, bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur.

 

Bəs yeni qərar qəbul imtahanlarının nəticələrinə öz təsirini necə göstərəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan məntiq müəllimi, təlimçi Rəşadət Şərifov bu dəyişikliyin xarici dil üzrə imtahan nəticələrinə mənfi təsir göstərəcəyini bildirib:

 

"İllər ərzində müşahidələrimiz onu göstərir ki, tələbələr qrammatik yönümlü test tapşırıqlarını daha asanlıqla həll edə bilir. Ona görə də, bu dəyişiklik tələbələrin xarici dil nəticələrinə müsbət təsir göstərməyəcək. Limit balını keçməyən tələbələrin sayını isə xeyli artacaq. Bu məsələnin neqativ tərəfləridir.

 

Məsələyə müsbət tərəfdən baxsaq, mənasız qrammatika testlərindənsə, dil biliklərini yoxlayan testlərin olması daha yaxşıdır. Yəqin ki, bu qərar da tələbələri  qrammatika öyrənməyə ağırlıq verməkdənsə, istifadə olunan dil (danışıq dili) öyrənməyə motivasiya etmək üçün verilib".

 

Qeyd edək ki, imtahan verənlər yeni model test tapşırıqları ilə yaxın vaxtlarda çap olunacaq Magistr №2 jurnalında tanış ola biləcəklər.

 

2024-cü ildən etibarən isə magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları