Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 12:30:00
BU SAYDA şəxsə elmi dərəcə verilməsindən imtina edilib

Bu ilin sentyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

 

Prezident yanında Ali Attestasiya Komissiyasından AzEdu.az-a bildirilib ki, ötən ay 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

 

Sentyabr ayında 58 nəfərə fəlsəfə doktoru, 14 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 20 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 1 nəfərə isə imtina cavabı gəlib.

 

Həmçinin ötən ay 10 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.