Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 11:37:00
İcra başçısının yoxladığı məktəbdə BU GÜN də 21 nəfər dərsə gəlməyib-Direktordan AÇIQLAMA

 

 

Bir neçə gün öncə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və prosesin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.

 

Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub.

 

Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.

 

Həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

 

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

 

Hazırda məktəbdə vəziyyətin necə olduğu ilə bağlı AzEdu.az Arıqıran kənd tam orta məktəbinin direktoru Natiq Şirinov ilə əlaqə saxlayıb.

 

O, şagirdlərin davamiyyəti ilə bağlı məlumat verib:”Hazırda şagirdlər məktəbdədir, onlaraın davamiyyətind heç bir problem yoxdur. İcra başçısı bizə tövsiyələrini verdi, hazırda 4-cü saat dərs keçirilir. Kim istəsə gəlib yoxlaya bilər ki, davamiyyət hazırda hansı vəziyyətdədir.

 

Məktəbimiz iki növbəli olmaqla fəaliyyət göstərir, səhər növbəsində 201 nəfər tədris alır, hazırda onlardan 180 nəfəri dərs prosesində iştirak edir. Ümumilikdə 334 nəfər şagirdimiz var.

 

İcra başçısı bizə iradlarını bildirdi, tövsiyələrini dedi. İnanırıq ki, bir daha bu kimi iradlara yol verməyəcəyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları