Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 11:26:00
 Vaxtilə müəllim işləyən məşhurlar – Azərbaycan müğənniləri, Stalone, baş nazirlər və s.  

AzEdu.az  məşhur musiqiçi,  siyasətçi, aktyor, iş adamı, müğənni  olmuş, bir  zamanlar isə müəllimlər kimi çalışan məşhurların bir qismini təqdim edir:

 

Əvvəlcə 3 müğənni və bir aktyor

 

Xalq artisti, müğənni  Ağadadaş Ağayev 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib.

 

Əməkdar artist Baloğlan Əşrəfov  1968-ci ildə Masallı rayonunun Bədəlan  kənd  orta məktəbini  bitirib.   1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb,  orta məktəbi bitirdiyi kənddə 5 il    pedaqoji fəaliyyətlə məşğul olub.  

 

Türkiyənin tanınmış müğənnisi olan  Candan Erçetin  bir zamanlar Qalatasaray liseyində musiqi müəllimi olaraq  işləyib.

 

Görkəmli Amerika  aktyoru, rejissoru,  eyni zamanda  ssenari müəllifi olan Silvestr Stalone vaxtilə ingilis dili müəllimi işləyib.

 

...Və... siyasilər...

 

Angela Merkel – Almaniya kansleri uşaqlıq çağında hər zaman böyüyəndə müəllimə olmağı arzulayıb. Orta məktəbdə oxuduğu vaxt gələcək kanslerin ən çox sevdiyi fənnlərdən biri də rus dili olub. 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiyadada qalib gəldiyi üçün  Moskvaya gəlmək şansı qazanıb.

 

1973-1978-ci illərdə Leyspiq Universitetində fizika ixtisası üzrə təhsil alıb. 1978-90-cı illərdə Berlin Adlerşof  Elmlər Akademiyasının Mərkəzi Fizika  və Kimya İnstitutunda təhsilini davam etdirib. Kvant kimyası istiqamətində araşdırmalar apararaq, alimlik dərəcəsi alıb. Bundan sonra da həmin istiqamətdə fəaliyyətini davam etdirib, bir neçə elmi məqalə də yazıb;

 

Castin Trüdo (Kanadanın baş naziri) -  Kanadanın 23-cü baş naziri olan Castin,  həm də  Liberal Partiyanın rəhbəridir.

 

Kanadanın ikinci ən gənc baş naziri və eyni zamanda keşmiş baş nazir Pierre Trüdonun  böyük oğludur. Trüdo1971-ci ildə, Ottavada dünyaya gəlib. Təhsilini ilk olaraq, fransızdilli kollecdə alıb. 1994-cü ildə Mak Gill Universitetini,  1998-ci ildə isə Britaniya Kolumbiyası Universitetini bitirib. Hazırda isə Montreal Universitetində isə təhsilini davam etdirir.

 

İkincı ali təhsilini başa vurduqdan sonra Britaniya Kolumbiyasındakı Vankuver şəhərində müəllimlik edib.

 

Dmitri Medvedyev – (Rusiyanın baş naziri) - Sabiq Rusiya prezidenti, hazırki baş nazir  Dmitri Medvedyev hüquq elmləri namizədi, dosentdir.  Sankt Peterburq Dğvlət Universitetinin Hüquq fakültəsinin fəxri doktorudur. 

 

Baş nazir  ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedyev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır.

 

Dmitri Medvedyev  1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, daha sonra isə həmin universitetin  aspiranturasını bitirib.

 

Elmi fəaliyyətdə olan dövlət və hökumət başçıları sırasında hər zaman onun da adı çəkilib;

 

Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti olan Barak Obama   1983-cü ildə Kolumbiya  Universitetini   bitirib.  Eyni zamanda,  1991-ci ildə   Harvard Hüquq Məktəbini bitirir. O, bugünkü karyerasına başlamadan öncə Çikaqo Universitetində müəllim kimi çalışıb;

 

ABŞ-ın telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan  Bell Labs   telefon şirkətinin qurucularından biri olan Aleksandr Qraham Bel telefon icad etməmişdən öncə  eşitmə qüsurlu olan şagirdlərə dərs deyib. Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olublar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-ın ilk telefon patenti olaraq mükafatlandırıldı.

 

 Günel Yaşarqızı