Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 13:40:00
AMEA-da kütləvi İXTİSAR: İşçilərin böyük hissəsi işdən çıxarıldılar

“Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”.

 

Bunu AMEA-nin vitse-prezidenti İsa Həbibbəyli deyib.

 

O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

 

Akademik onu da əlavə edib ki, yeni strukturda işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir.

 

AMEA-nın hüquqi statusuna da toxunan İsa Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.

apa