Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 12:31:27
Quba-Xaçmaz Regional Təhsil İdarəsinə cəmi 3 şikayət daxil olub
"2022-2023-cü dərs ilinə hazırlıq mərhələsində məktəblərdə dərs bölgüsü ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə cəmi 3 şikayət daxil olub".
 
 
AzEdu.az xəbər verir ki, bu sözləri  Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev şəxsi feysbuk səhifəsində yazıb.
 
 
 
"Bu onu deməyə əsas verir ki, məktəblərdə dərs bölgüsü təlimatlara, və qaydalara uyğun şəkildə həyata keçirilib. Təhsil sahəsində problemlər azalmalı, idarəedicilər və təhsilverənlər daim tədris prosesinə fokuslanmalıdır. RTİ - yə tabe məktəblərin direktorlarına bu prosesi uğurla həyata keçirdikləri üçün təşəkkür edirəm"-deyə, o bildirib.