Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 10:59:00
Bıçaqlanan şagirdin son vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

İsmayıllı rayonunda məktəbli bıçaqlanıb.

 

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov məlumat verib.

 

O bildirib ki, rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə 4 bıçaq zərbəsi endirib.

 

Daha sonra yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

H.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

N.Fətəliyev Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdidir.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən AzEdu.az-a hadisənin təfərrüatları barədə məlumat verilib.

 

“Hadisə 3 oktyabr  saat 19:00-20:00 radələrində baş verib. 2007-ci il təvəllüdlü İsmayıllı rayon Xanagah kənd sakini olan şagird həmin ərazinin sakini tərəfindən bıcaq xəsarətlərinə məruz qalıb. Şagird İsmayıllı rayon 5 saylı tam orta məktəbdə təhsil alır. Çünki Xanagah məktəbi 9 illik olduğundan təhsilini davam etdirmək istəyənlər şəhərə yaxın məktəbləri seçirlər.

 

Dünən axşam saatlarında  həmin şəxslərin sözləri çəp gəldiyi üçün hadisə baş verib, lakin məsələnin təfərrüatları polis tərəfindən araşdırılır”.

 

Qeyd olunub ki, hazırda şagirdin səhəti normal olaraq qiymətləndirilir:“O,  İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

 

Şagird normal insan olub, bıçaqlanma hadisəsi məktəbdənkənar baş verdiyi üçün onun orta təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur. Şagird özü şəhər məktəbində təhsil alır, amma hadisə kənd ərazisində baş verib.

 

Şagirdin sağlamlığı ilə bağlı heç bir təhlükəli vəziyyət qeydə alınmayıb, o, yüngül xəsarətlər alıb”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları