Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 14:16:00
Dərsliklər acınacaqlı vəziyyətdədir-Şairdən SƏRT tənqid  

 

“Dərsliklər getdikcə bərbad vəziyyətə düşür, acınacaqlı hal yaranır”.

 

AzEdu.az xəbər verir ki, bunu şair Qəşəm Nəcəfzadə AzEdu Təhsil Portalının nəznində yaradılan “Dərsliklərin müstəqil monitorinqi mərkəzi”də deyib.

 

O, dərsliklərin vəziyyəti və orada qeydə alınan səhvlər haqqında məlumat verib:”Dərsliklər savadlı müəlliflər tərəfindən hazırlanıb, təqdim edilməlidir. Yaxşı olar ki, bir müəllif bir dərsliyi yazsın.

 

Bu yaxınlarda Yazıçılar Birliyinin 13-cü Qurultayında birliyin rəhbəri Anar müəllimə dərslik və uşaq ədəbiyyatında olan problemlərlə bağlı məlumat verdim. 25 səhifəlik yazı ilə dərsliklərdə olan səhvləri yazdım, Anar müəllim bunları görüb dəhşətə gəldi”.

 

Şair ədəbiyyat dərsliklərində olan problemlərdən söz açıb:”Dərsliklər getdikcə bərbad vəziyyətə düşür, ədəbiyyat dərslikləri ən gənc şair kimi yalnız Ramiz Rövşəni tanıyır, ondan sonra heç kimin adı çəkilmir. Ədəbiyyat kitablarımız 1980-1990-cı illəri unudur. Belə çıxır ki, bizim şair nəslimiz kəsilib?  Bu gün filologiya fakültələrimiz 2000-2010-cu illəri də kitablarımıza salmalıdır. Nüsrət Kəsəmənli bizim gənc şairlərimizdəndir”.

 

Qəşəm Nəcəfzadə vurğulayıb ki, 1 müəllif 6 nəşriyyatda həm redaktor, həm korrektor olub:“Dərsliklərdə uydurma müəlliflərin sayı çoxdur, nəşriyyatlar özlərindən yalançı müəllif yaradaraq onların adından şeirlər yazırlar. Biyabrçı vəziyyət yaranıb”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları