Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 11:05:00
Mütəxəssisdən nazirliyə SƏRT TƏNQİD: “Şagirdlər məktəbə kitabsız gedir...”

 

"Oktyabrın 3-dür, ikinci aydır ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib".

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsadov öz feysbuk hesabında yazaraq etirazını bildirib.

 

Mütəxəssis məktəblərdə ciddi vəsait probleminin olduğunu qeyd edib:

 

"Şagirdlər kitabsız məktəbə gedib gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar.


“İşləyə bilmirsiniz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi! Tam heyətiniz ilə ərizə yazıb istefa verib gedin. Qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz”-deyə, ekspert bildirib.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları