Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-29 16:13:00
BMU tələbələri üçün "Öz biznesinə başla" mövzusunda təlim keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (BMU THİK) və “Logistika klubu”nun birgə təşkilatçılığı ilə “Öz biznesinə başla" mövzusunda təlim təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, universtitet tələbələri üçün nəzərdə tutulan tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

 

Tədbirdə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Elsevər İbadov çıxış edərək, tələbələrin üzərinə düşən məsuliyyət və öhdəliklər, təhsil mühitinin onlar üçün yaratdığı əlverişli imkanları vurğulayıb. Dekan müavini gələcək fəaliyyətin müəyyənləşdirilməsində, fərdi bacarıqların daha da inkişaf etdirilməsində bu cür təlimlərin önəmindən danışıb.

 

Sonra biznes təlimçi Elvin Dadaşsoy təqdimatla çıxış edib. O, fərdi biznesin qurulması məqsədilə keçdiyi təcrübə və nail olduğu müvəffəqiyyətin sirlərini tələbələrlə paylaşıb.

 

Auditoriya ilə diskussiya şəklində təşkil olunan tədbirdə təlimçi tələbələri maraqlandıram sualları cavablandırıb.