Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 10:00:00
“Rezidentura” xüsusi buraxılışının dördüncü nömrəsi çapdan çıxdı

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının dördüncü nömrəsini nəşr etdirib.

DİM-dən AzEdu.az -a bildiriblər ki, jurnalın bu nömrəsində 2018-2019-cu tədris ili üçün rezidenturaya qəbul olunanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim edilib.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək olar (Xidmətə keçid:http://eservices.dim.gov.az/ejurnal/)