Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 14:34:00
Məktəbli "Xudayar təsnifi"ni fərqli şəkildə ifa edib -VİDEO

 

 Bakı şəhəri Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbdə 9 A sinfində növbəti sinif saatı 27 Sentyabr - Anım Gününə həsr olunub.

 

 

AzEdu.az xəbər verir ki, Sinif rəhbəri - əməkdar müəllim Kəmalə Əliyeva 44 günlük Vətən müharibəsi, prezident-xalq-ordu həmrəyliyi,  Azərbaycan ordusunun möhtəşəm qələbəsi haqqında məlumat verib, şagirdlərin hazırladıqları divar qəzetləri nümayiş etdirilib, təqdimatlar dinlənilib. Haqq savaşında haqqa qovuşmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra gənc tarzən İsmayıl Əkbərzadə "Xudayar təsnifi"ni ifa edib.

 


Əkbərzadə İsmayıl Namiq oğlu 13.10.2007-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsindəki 4 saylı uşaq incəsənət məktəbinin tar sinfinə qəbul olub. Hal-hazırda həmin məktəbin 5 ci sinfində oxuyur. Müəllimi əməkdar artist Davud Abdullayevdir. İsmayıl respublika və beynəlxalq səviyyəli müxtəlif müsabiqələrin iştirakçısı və qalibi olub. Ötən il Qazaxıstanda keçirilən musiqi müsabiqəsində qran-pri mükafatına layiq görülüb.

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları