Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 10:24:00
Müəllimlərin qrant müsabiqəsi ilə bağlı ciddi ittiham – Neqativ hallar

 

 

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə" Qrant  Müsabiqəsində qalib  layihələrin icrası maraqla izlənilir.

 

Müsabiqə 2017-ci ildən həyata keçirilir. Qalib layihələrin məzmunu, fəaliyyətinin təşkili və layihə rəhbərlərinin öhdəlikləri pandemiya şəraitinə uyğun olaraq onlayn icra üçün uyğunlaşdırılır.

 

Bəs bu layihələrin icrasında nə kimi həlli vacib problemlər mövcuddur? Layihələrin tətbiqi zamanı əsasən hansı məqamlara diqqət edilməlidir?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında son qalib gələn layihələrdən söz açıb:

 

“Nəhayət Təhsildə inkişaf və innivasiyalar üzrə qrant layihələrində qalib olan məktəb və müəllimlərin adı açıqlandı. Ümumilikdə qalib gələn 299 layihədən 19-u təkcə İsmayıllı rayon məktəblərinin payına düşür. İsmayıllı rayonu Topçu kənd tam orta məktəbinin 5 müəllimi fərdi kateqoriya üzrə layihələrdə qalib gəlib. İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbi isə biri ümumtəhsil məktəbi kateqoriyası olmaqla 4 layihədə qalib gəlib. Layihələri qalib gələn məktəblərin nəticələri ölkədəki digər məktəblərdən heç də fərqlənmir. Əksinə,  bu məktəblərin təlim nəticələri daha aşağıdır. Əgər müəllimlərinin sayı 20-30 nəfər olan kiçik məktəbdə 4-5 layihə qalib gəlirsə, demək növbəti tədris ilində bu məktəblərdə dərs keçirilməyəcək, məktəb və müəllimlər ancaq layihəni həyata keçirtməklə, daha doğrusu, pul silməklə məşğul olacaqlar.

 

Ən maraqlı cəhət isə budur ki, bu layihəni həyata keçirən müəllimlərin heç layihəni kimin yazdığından xəbərləri yoxdur. Məsələn, kişi müəllim xalça toxunması ilə bağlı layihədə qalib gəlibsə onun bu layihəni yazdığına ancaq Elm və Təhsil Nazirliyinin bu işə məsul nümayəndələri inana bilərlər. Layihə adları da unikaldır, məsələn “məhəllə ansambılı”.

 

Sabah “tin uşaqları” adlı layihənin qalib gəlməsini görsəniz, təəccüblənməyin. Sən demə, bu layihələr təhsilimizdə inkişafa və innovasiyalara xidmət edəcəkmişlər...”