Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-27 16:26:00
Azərbaycanda son sutkada 140 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 820 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 933 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 158 aktiv xəstə var. Bu günə qədər 9 907 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 320, bu günə qədər isə ümumilikdə 7 242 057 test icra olunub.