Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-27 14:43:00
LDU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib-FOTO

Lənkəran Dövlət Universitetində (LDU) 27 Sentyabr - Anım Gününə həsr
olunmuş konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin
səsləndiriliməsi ilə başlayıb.

 

AzEdu.az xəbər verir ki, torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından
keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

“Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda keçirilən konfransda çıxış
edən LDU-nun rektoru, professor Natiq İbrahimov Ali Baş Komandan, Prezident
İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində
qazandığı böyük Zəfərin əhəmiyyətindən, igid oğullarımızın şucaətindən söz açıb.

 

Bildirib ki, şəhid oğullarımızın qanı bahasına qazanılan Zəfər 30 ilə qədər

düşmən tapdağında qalan torpaqlarımızı bizə qaytarmaqla yanaşı, həm də
xalqımıza baş ucalığı gətirib, şəhid ağrılarımıza təsəlli olub. LDU-da gənclərin
vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən rektor tələbələrin
vətənpərvərlik hisslərinin yüksək olduğunu qeyd edib, 44 günlük Vətən
müharibəsində universitetin tələbə və məzunları arasında 11 nəfərin şəhidlik
zirvəsinə yüksəldiyini bildirib.

 

Çıxışını prezident İlham Əliyevin "44 günlük Vətən müharibəsi bizim
şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri
olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək
düşməni öz doğma diyarımızdan qovduq" sözləri ilə bitirən prof. Natiq İbrahimov
şəhidlərin xatirəsinin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini, əbədi
yaşayacağını xüsusi vurğulayıb.

 

Tarix və onun tədrisi metodikası" kafedrasının baş müəllimi, tar.ü.f.d.
Mayis Cəfərov mövzu ilə bağlı geniş məruzə edib. Məruzədə 44 günlük Vətən
müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında qazandığı qələbədən, həmin dövrdə ölkədə yaşanan böyük
vətənpərvərlik ab-havasından, qələbənin əhəmiyyətindən, ordumuzun misilsizdöyüş taktikasından danışılıb.
“Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrasının müdiri, əslən Füzuli rayonundan olan ped.ü.f.d. dosent Afiq Əliyev çıxışında şəhid eloğlularımızın böyük hünərindən söz açıb, torpaqlarımızı azad edərkən şəhidlik
zirvəsinə ucalan igidləri bütün xalqın baş tacı adlandırıb.

 

Konfrans 27 Sentyabr - Anım Gününə həsr olunan video-roliklə başa çatıb.
Qeyd edək ki, bu gün universitet rəhbərliyi şəhidlərin məzarlarını ziyarət
edib.