Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-27 11:10:00
Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin cari təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

 

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri "S.H. İnşaat Xidməti" və "Upsilon" MMC-lərdir.

 

Qalib şirkətlərə müvafiq olaraq 2,657 milyon manat və 851 min manat, ümumilikdə isə 3,508 milyon manat ödəniləcək.