Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 10:47:00
“Şagird sıxlığı probleminin həlli yolları görünmür” – Ciddi problem

 

 

"Siniflərdə şagird sıxlığı ilə biz uzun illərdir qarşılaşırıq. Sadəcə, olaraq son üç-dörd ildir ki, bu problem özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bəzi siniflərdə şagird sayı  nəinki 30, hətta  40 nəfərdən ibarət olur".

 

Bu sözləri  tarixçi  müəllim, Arif Gürşadoğlu  AzEdu.az-a açıqlamasında deyib.

 

"Siniflərdə şagird sıxlığı ilə biz uzun illərdir qarşılaşırıq. Sadəcə olaraq son üç-dörd ildir ki, bu problem özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bəzi siniflərdə şagird sayı  nəinki 30, hətta 40 nəfərdən ibarət olur. Mənim övladımın təhsil aldığı sinifdə, 36 şagird var. Müəllim nə qədər güclü olsa belə, şagird sayı çox olan sinifdə keyfiyyətli təhsildən söhbət gedə bilməz. Bu sayla ilin sonuna qədər keyfiyyətli dərs keçmək mümkün deyil".

A.Gürşadoğlu  şagird sıxlığının bütün ölkə ərəzisi üçün  çox böyük problem olduğunu qeyd edir:

 

“Təəssüf ki, valideynlər 20 nəfərlik sinifdə belə, övladını ilk sırada əyləşdirmək üçün mübarizəyə aparırlar. Təsəvvür edin ki, 38 şagirddən  ibarət  siniflərdə də bu problem yaşanır. Bu qədər şagirddən  neçəsi ön sıralarda  otura bilər ki?! Bu da öz növbəsində əlavə problemlər yaradır. Şagird şıxlığı tək paytaxt və ətrafı üçün deyil, ümumi Azərbaycan məktəbləri üçün  çox böyük problemdir. Yaxın  müddət ərzində təəssüf ki, bunun həlli yolları görünmür".

 

əllim problemin həlli yollarından da  danışıb:

 

"Sıxlıq olan otaqlarda şagirdlər əlavə siniflərə  bölünsə,  başqa müəllimlərə də ehtiyac yaranacaq. Yalnız bu halda problem aradan qaldırıla bilər.  Elm və Təhsil Nazirliyi istənilən addım atsa belə, ya müəllim çatışmazlığı ilə üzləşəcək, ya da bu hal müəllimlərin işə qəbul prosesinə təsir edəcək. Düşünürəm ki, müəllim çatışmazlığından dolayı bu addıma gedilmir.

 

“Problemlərdən biri də, budur: məktəblərdə yeni siniflərin  açılması üçün  kifayət qədər otaq  varmı? Şagird sıxlığını aradan qaldırmağın yeganə yolu məktəblərin növbəli şəkildə olması və müəllim sayının artırılmasıdır" - deyə sonda tarixçi qeyd edib.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları