Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-25 12:25:00
Rus dili öyrənmənin ən effektiv üsulu-Bu kanalları izləyin  

Dövrümüzün ən böyük tələblərindən biri də çoxlu xarici dil bilməkdir. Dil bacarığınızı maraqlı videolar izləyərək  inkişaf etdirmək üçün youtube kanalları əvəzsiz rol oynayır.

 

AzEdu.az  rus dili öyrənmək üçün  faydalı olacaq youtube kanallarını sizə təqdim edir

 

Learn Russian Language        

 

WikiTranslate tərəfindən hazırlanan “Rus dilini öyrənin” kanalı yüzlərlə təlim videosu doludur. Videolar  bütün səviyyələr nəzərə alınaraq hazırlanır.  Həmçinin bu kanalda  rus əlifbası və vurğusu haqqında faydalı məlumatlar əldə edə bilərsiniz    

 

https://www.youtube.com/channel/UCItXXSbi2TcA9B1fn9LO6wA

 

R for Russian

 

Mahnıya qulaq asaraq öyrənmək çox gözəl  təklifdir..Bu kanal rus dilini daha yaxşı  mənimsəmək istəyənlər üçün nəzərdə tutulub    

https://www.youtube.com/c/RforRussian

 

Weekly Russian

 

Weekly Russian kanalı vaxtı 10 dəqiqədən az olan  videolarda rus dili  ilə bağlı məlumatları təqdim edir. Başlanğıc səviyyəsindən başlayaraq, addım-addım bütün səviyyələr keçirilir . Kanal  öyrətmə metodları ilə  youtube-də  xeyli izləyiciyə sahibdir.

 

https://www.youtube.com/c/weeklyrussian

 

Real Russia

 

Əyləncəli formada rus dili öyrənmək üçün əvəzolunmaz Youtube kanalıdır. Rus mədəniyyətini göstərərək bu dili əyləncəli şəkildə öyrənməyə kömək olur. Kanal eyni zamanda da motivasiya edici videolar paylaşır. 

https://www.youtube.com/channel/UCUkt0wzOLfgmPoLAAwkbHYQ

 

Russian for Free

 

Bu kanal  rus dilini öyrənmək istəyənlər üçün əladır. Adətən səyahət mövzulu videoların yer aldığı kanalı Rusiyaya getməzdən əvvəl mütləq izləməlisiniz. Videolarında ən  çox istifadə olunan ifadələri, əsas sözləri asanlıqla öyrənə bilərsiniz.

https://youtu.be/o-fQG8_T4-Q

 

Qeyd edək ki, bu youtube kanallarındakı videoların bəziləri  müəllimlər tərəfindən könüllü olaraq , bəziləri isə  yalnız hobbi məqsədli hazırlanmışdır.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları