Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-24 13:59:00
BDU-nun məzunu şəhid Erkin Hüseynovun məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi Gəncə şəhərində BDU-nun məzunu şəhid Erkin Hüseynovun məzarını ziyarət edib.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.

 

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev və təşkilatın fəal üzvləri Erkin Hüseynovun valideynlərinə mərd, cəsur oğul böyütdükləri üçün minnətdarlıqlarını bildirib, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini vurğulayıblar.

 

Sonra tələbələr Erkin Hüseynovun məzarı önünə əkil qoyublar.

Qeyd edək ki, Erkin Hüseynov Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. O, BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirib. 2016-2020-ci illərdə fəlsəfə ixtisası üzrə təhsil alıb.