Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 18:00:00
DİM BU mövzusunda növbəti təlim təşkil edib  

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 23-də Energetika Nazirliyinin 29 əməkdaşı üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, təlimdə Mərkəzin əməkdaşı Miranə Rüstəmli insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, müvafiq sahədə əsas prinsiplər, problemlər, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verib.

 

Qeyd edək ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.