Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 15:48:00
Bakıda tələbəni maşın vurub ÖLDÜRDÜ  

Bakıda tələbə faciəvi şəkildə dünyasını dəyişib.

 

Dövlət Gömrük Akademiyasının tələbəsi təhsil müəssisəsinin qarşısındakı yolu keçmək istəyərkən onu maşın vurub.

 

Qəza zamanı ağır xəsarət alan gənc hadisə yerində keçinib.

 

Dövlət Gömrük Akademiyasından məlumatı Modern.az-a təsdiqləyiblər. Bildirilib ki, yol nəqliyyat hadisəsi nəticəsində bir tələbə həyatını itirib, yaralanan yoxdur.

 

Hazırda faktla əlaqədar araşdırma aparılır.