Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 13:15:00
UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda olub.

 

Nümayəndə heyəti öncə institutun həyətində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları, eləcə də institutda təcrübə keçən tələbə və məzunlar ilə görüşən rektor Ədalət Muradov burada aparılan elmi-tədqiqat işləri ilə də tanış olub.

 

Görüşdən sonra UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Rektor Ədalət Muradov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyevin imzaladığı sənədə əsasən, tərəflər ETİ-də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması, hakatonların keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.