Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 15:13:00
Təhsil proqramları ilə bağlı maraqlı ideyalar – Səs-küy yaradacaq  problemlər

 

 

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında təhsillə bağlı verilişlərin hazırlanması istiqamətində boşluqlar hiss olunur.

 

 

Belə ki, kanallarımızda yayımlanan təhsil verilişlərinin çoxu onun kommersiya istiqamətinə yönəlib.

 

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan media mütəxəssisi Zeynal Məmmədli qeyd edir ki, təhsillə bağlı bir çox verilişlər hazırlana bilər:

 

Təhsil verilişlərində peşəkar müəllimin dərs keçmə metodları və onu auditoriyaya çatdırma istiqamətləri  ortaya qoyulmalıdır.

 

 

Misal olaraq, ölkəmizdəki məktəblərdən biri dünyanın inkişaf etmiş başqa təhsil müəssisəsi ilə müqayisə  edən əsaslı proqram hazırlana bilər. Amma bunun çox maliyə tələb etməsi kimi mənfi tərəfləri də var. Həmin məktəblərdə oxuyanların müqayisəli təhlili aparılmalıdır. Təhsildə bu tipli verilişlərin hazırlanmasına çox böyük ehtiyac var”.

 

 

O, qeyd edir ki, başqa tipli verilişlər də hazırlamaq mümkündür:

 

 

”Lakin daha asan hazırlana bilən proqramlar  ərsəyə gətirmək  də  mümkündür. Televiziya layihəsi kimi Bakıda oxuyan 2 şagirdi, bir qız, bir oğlan olmaqla onu ucqar rayonlardan birinə aparmaq olar. Həmçinin, ucqar yerdə yaşayan 2 şagirdi də paytaxta gətirərək bir həftəlik yer dəyişimi ilə onlar təhsil həyatını təqdim etmək izləyiciyə maraqlı ola bilər. Sonra isə onlar öz təəssüratlarını bir-biri ilə bölüşə bilərlər. Bu, müxtəlif həyat tərzlərinin təqdim edilməsində yardımçı ola bilər.

 

Hazırda ölkəmizdə 150 mindən çox müəllim fəaliyyət göstərir. Biz proqramlar vasitəsi ilə təqdim etməliyik ki, hansı müəllim həqiqətən də bu peşənin dərinlikləri ilə məşğul olur. Həmçinin, başqa mövzulara da yer ayrıla bilər. Şəxsən müəllimlərin qiymətləndirməsini düzgün hesab etmirəm. Mediada oxuyuram ki, bir çox müəllim hansısa sözün yazılışında səhvə yol verib və bu məsələ olduqca qabardılır. Düşünürəm ki, müəllimlərin inkişafı ilə bağlı çox ciddi nüanslar var, əlifba səhvlərinin gözə çapdırılması düzgün deyil”.

 

 

Media eksperti vurğulayır ki, verilişlərdə müəllimlərin rolu olduqca böyükdür:

 

 

Təhsil verilişlərində müəllimlərin şagirdləri hazırlaması, onları plüralizmə dəvət etməsi  kimi məqamlar tamaşaçıya çatdırılmalıdır.  Həmin televiziya məhsullarında müəllimlər dərs prosesini kobud üslubda deyil, mübahisəli qarşıdurma yaradaraq yox, ortaq məxrəcə gələrək auditoriyaya çatdıra bilərlər. Yəni  bu verilişlər sayəsində insanlara həyat bilgisi və dərsi verilməlidir. Müəllim çox önəmlidir və o, öz fənnini sevdirməyi bacarmalıdır. Düşünürəm ki, hazırda kurikulumlarla bağlı dəyişikliyə böyük ehtiyac var.

 

 

Təhsil proqramlarında bir çox problemlər qabardıla bilər. Bunlara misal olaraq,  dərslik müəllifləri kimlərdir, onlar  necə seçilir, kimi mövzular işlənə bilər, bu baxımdan olduqca kəskin biabırcılıqlar var. Çünki mən həmin dərslikləri oxuyub mat qalıram. Bütün dərsliklərin qaynaqları verilməlidir, yəni informasiyalar haradan götürülüb, onları hansı müəlliflər hazırlayıb kimi suallara cavab tapılmalıdır. Sadədən mürəkkəbə doğru  getməklə silsilə  və çox maraqlı müzakirə  elementlərinin  olması  vacibdir. Bu ilk olaraq İctimai  televiziyanın borcudur,  eyni zamanda dövlət televiziyasının öhtəliyidir. Əgər bu tip verilişlər sevgi ilə hazırlanırsa, onun reytinq gətirəcəyinə şübhə etmirəm”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları