Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-21 20:00:00
Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbdə Beynəlxalq Sülh Günü qeyd edilib

Bu gün Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlarının iştirakı ilə 21 sentyabr – Beynəlxalq Sülh Günü təntənə ilə qeyd edilib.

 

Açıq səma altında keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəcibə Axundova tədbir iştirakçılaırnı salamlayaraq dövlətimizin sülhə, əminamanlığa verdiyi önəmə diqqət çəkib. Məktəb direktoru bildirib ki, Azərbaycan bu gün regionda sülhün və sabitliyin əsas qarantıdır və dünyadakı bütün qarşıdurmaların sülh yolu ilə həllini vacib sayır.

 

Tərəqqi və inkişafa yalnız sülh şəraitində nail olmağın mümkünlüyünü vurğualayan Nəcibə Axundova azyaşlılar, yeniyetmə və gənclər arasında bu ideyanın təbliğinin mühüm önəm kəsb etdiyini bildirib.

 

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev Sülh gününün önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan dövləti hər zaman sülhün, sabitliyin bərqərar olması üçün bütün resurslardan istifadə edib, bu gün də bölgədə sülhün əsas təminatçısı qismində çıxış edib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev də çıxışında sülh və sabitliyin əhəmiyyətindən bəhs edib, sülhün mövcudluğunu hər bir dövlətin inkişafı üçün başlıca şərt kimi qiymətləndirib.

 

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş mütəxəssis Nəbi Hacıyev və digər veteranlar iştirak edib.

 

Azərbaycanın sülh dövləti olduğuna diqqət çəkib, sülhün alternativinin olmadığnı bildiriblər.

 

Tədbirdə azyaşlılar sülhə aid şeirlər səsləndirib, mahnılar oxuyub. Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb.