Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-19 16:06:00
Bağçalar çıxılmaz durumda: problemlər artır

 

 

“Bağçalara uşaqların qəbulunu asanlaşdırmaq üçün yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsinə ciddi ehtiyac var”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

 

Son zamanlar təhsildəki vacib problemlərdən biri də bağçalara uşaqların elektron qəbulunun təmin edilə bilməməsi ilə bağlıdır.

 

 

Təhsil eksperti qeyd edir ki, bağçaların sayının az olması çox ciddi problemlərdən biridir:

 

10 ildən çoxdur ki, bu problemin həlli ilə məşğuluq. Ona görə də dövlətdə həmin neqativ hallar yaşandı. Ölkə üzrə 500 min şəxs  məktəbəqədər təhsil müəssisələrinə getməlidir. Onların təqribən 100 mini  ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına gedir. Yerdə isə 400 min uşaq qalıb. Ölkə üzrə 1950 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlar isə 17-18 min arası uşaq üçün  nəzərdə tutulub. Bu, çox dəhşətli rəqəmdir, 400 minə qarşı 17-18 min nəfər. Təbii ki, vəziyyət belə olduqda problem yaşanacaq. Bu, çalışan valideynlər üçün çox ciddi məsələdir. Onlar övladlarını harasa qoymaq imkanı əldə edə bilmirlər. Bu kimi məsələlər çox ciddi problemlər yaradır”.

 

 O, problemin həlli istiqamətlərindən söz açıb:

 

”İlk növbədə ölkədə məktəbəqədər təhsil müəssisələri  tikintisinə başlanmalıdır. Problem hazırda çox çıxılmaz vəziyyətdədir. Bunun həlli üçün elektron sistem formalaşdı, bu, neqativ hallarının guya qarşısını almağa yönəlmişdi. Biz çox yaxşı bilirik ki, ümumtəhsil məktəblərinin  elektron qəbulunda  rus bölməsində xususi ilə şəhərdə  sıxlıq olan yerlərdə  neqativ hallar əvvəlkindən də çoxdur. Belə olan vəziyyətdə  18 minə qədər yeri olan məktəbəqədər təhsil müəssisələrində  neqativ halların yaşanacağı  göz qabağındadır. Bu qədər problemin içərisində yeganə çıxış yollarından biri ölkə üzrə yeni mıktəbəqədər təhsil müəssisələrinin tikilməsidir. Biz 11 il öncə  kobud bir səhv buraxaraq  məktəbəqədər təhsil müəssisələrini icra hakimiyyəti orqanlarının tabeliyinə verdik. 10 il ərzində ölkədə cəmi  17-18 məktəbəqədər təhsil müəssisəsi  tikildi, bu, çox acınacaqlı vəziyyətdir. Lakin həmin illər ərzində biz 3000-dən çox  ümumtəhsil müəssisələrində təmir və bərpa işləri apardıq. Onlar yenidən tikildi və bərpa edildi. Məktəbəqədər təhsil müəssisələri diqqətdənkənar qaldı. İndiki vəziyyətdə 400 min uşaqdan 100 minini təmin edə bildi. Vəziyyət göründüyündən çox ciddidir. Bu sahədə dövlət proqramı qəbul edilməsə, təhsildə inkişaf əldə edə bilməz”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları