Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-20 12:19:00
Məktəb bufetlərində ciddi təhlükə - Bilinməyən detallar- Mütəxəssisdən SOS

 

Məktəblərlə yanaşı universitetlərin bufetləri ilə bağlı da narahatlıqlar var.

 

Tələbələr bəzi universitetlərdə qiymətlərin yüksək olması, bəzilərində isə məhsulların keyfiyyətinin yaxşı olmamasından şikayətlənirlər.

 

Bəs yerli ali təhsil müəssisələrində bufetlərin vəziyyəti nə dərəcədə ürəkaçandır? Məhsulların qiyməti necə tənzimlənməli, ərzaqların keyfiyyətinə hansı şəkildə diqqət edilməlidir?

 

Qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov AzEdu.az-a açıqlamasında universitet bufetlərində satılan zərərli məhsullardan söz açıb:

 

“Həm məktəblərdə, həm də universitetlərdə yeməklər gənclərin qida rasionuna uyğun şəkildə hazırlanmalıdır. Məsələn, təhsil müəssisələrinin bufetlərində rəngli və qazlı içilərə rast gəlirik. Fosfor turşusu ilə zəngin olan bu içkilərin pH səviyyəsi aşağı, şəkər miqdarı yüksək olur ki, bu da gələcəkdə şagird və tələbələrdə şəkərli diabet, ürək-damar xəstəliklərinə yol aça bilər. Bu səbəblə bufetlərdə sadə sularn, zərərsiz qazıl içkilərin satılması həm sağlamlıq, həm də qiymətlər baxımından daha arzuolunandır”.

 

No description available.

 

Baş mütəxəssis təhsil müəssisələrində gündəlik menyunun hazırlanması və keyfiyyətə nəzarət məsələlərinə toxunub:

 

“Gündəlik satışın həyata keçirildiyi bufetlərdə fərqli menyuya üstünlük verilməlidir. Məsələn, bir gün ət yeməkləri verilirsə, sonrakı günlərdə bu toyuq, balıq kimi məhsuallarla əvəz edilə bilər. Yəni menyu qida rasionuna uyğun şəkildə tənzimlənməlidir. Universitetlərdə qiymətlər ictimai iaşə obyektlərinə nisbətən daha aşağı, tələbələrə uyğun olmalıdır. Məhsula əlavə məbləğ təyin edib qazanc güdmək doğru deyil. Universitetlərdə müxtəlif şirniyyatların da satışı həyata keçirilir, burada problem yoxdur. Amma vaxtı keçmiş məhsulların satışa buraxılmamasına mütəxəssislər nəzarət etməli, AQTA tərəfindən baxış həyata keçirilməlidir. Gənclərin sağlam qidalanmasına xüsusi diqqət etmək lazımdır. Onların gələcəyini, sağlamlığını riskə atmağa heç kəsin haqqı yoxdur. Bu səbəblə bufetlərə verilən qida məhsullarının saxlanma şəraitinə nəzarət və təqdimat ciddi olmalıdır. Satış zamanı isə qiymətlər məhsulun keyfiyyəti və gənclərə uyğun şəkildə tənzimlənməlidir”.