Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-18 11:28:00
Ali təhsilin bakalavriat səviyyəsi üzrə əlavə yerləşdirmə davam edir

Ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesi davam edir.

 

AzEdu.az xəbər verir ki, qeydiyyat prosesi 19 sentyabr saat 23:59-da yekunlaşacaq.

 

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. 

 

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.