Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-16 17:50:00
20 yaşlı tələbə təhsil həyatını başa vurmadan şəhid oldu- FOTO  
Şəhid Polad Şirinov AzMİU-nun İnşaat Kollecinin tələbəsi olub və hələ təhsilini başa vurmamışdı.
 
 
 
AzEdu.az xəbər verir ki, sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kolecinin tələbəsi olub.
 
 
5 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuş Polad Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdində İnşaat Kollecinin “Su təchizatı və suayırma” ixtisasına qəbul olub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib.
 
 
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Şirinov II Fəxri Xiyabanda dəfn olunub. AzMİU-nun, eləcə də tələbəsi olduğu İnşaat Kollecinin rəhbərliyi, şəhidin müəllimləri və tələbə yoldaşları şəhidin məzarını ziyarət edərək məzarının önünə əklil qoyublar.
 
Allah rəhmət eləsin!
Gülcahan Məmmədova
Müəllifin digər yazıları