Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-16 13:00:00
İnformatika qəbul proqramına uyğun hazırlanan toplu-Abituriyentlər üçün VACİB VƏSAİT

 

 

Dövlət İmtahan Mərkəzinin qərarına əsasən,  2023-cü ildən  I ixtisas qrupuna informatika fənnini də əlavə edilib.

 

Bu istiqamətdə abituriyentlərə dəstək məqsədi ilə AzEdu Təhsil Portalı və Bələdçi Tədris Mərkəzi “İnformatika bələdçisi” kitablar toplusunu capdan çıxarıb.

 

Toplunun ali məktəblərə hazırlıq üçün nəzərdə tutulan birinci cildi Dövlət İmtahan Mərkəzinin informatika fənni ilə bağlı hazırladığı qəbul proqramına tam uyğun şəkildə tərtib edilib və nəzəri müddəaları əks etdirir.

 

AzEdu.az-a danışan kitabın müəllifi  onun əhəmiyyətindən söz açaraq  oxunulmasının vacibliyini vurğulayıblar.

 

İnformatika bələdçisi” kitablar toplusu müəlliflərindən olan informatika müəllimi  Fərid Fərəcli DİM-in qərarından sonra kitabı yazmağa başladıqlarını bildirib:" "İnformatika bələdçisi" kitabı artıq neçə ildir ki, MİQ müsabiqəsinə hazırlaşan müdavimlər, eyni zamanda bu sahə üzrə çalışan müəllimlərə uğur qazanmaqda kömək göstərən əsas dərs vəsaitlərindəndir.

 

Kitabda çərçivə proqramını əhatə edən bütün mövzular ətraflı və sadə dildə yazılıb. Test toplusunda isə imtahana düşə biləcək sual nümunələri əksini tapıb".

 

O, qeyd edib ki, DİM-in informatika fənnini qəbul proqramına salmasından sonra bu qərarı verib: ““İnformatika bələdçisi”  toplusunu peşəkar müəllim heyəti hazırlayıb. Elə bunun nəticəsidir ki, hər il kitab vasitəsilə imtahana hazırlaşan  şagirdlər respublika birincisi yetişdirir.

 

Abituriyentlər üçün hazırlanan DİM-in proqram çərçivəsindən tam uyğun şəkildə "İnformatika bələdçisi" kitabının nəzəriyyə və test toplusunu hazırladıq. Burada hər mövzunun sonunda xüsusi qeydlər əksini tapır.  Testlər isə asandan çətinə doğru tərtib edilib. Biz bələdçi ailəsi olaraq inanırıq kitab minlərlə abituriyentə uğur gətirəcək".

 

Xatırladaq ki, AzEdu Təhsil Portalının da tövsiyə və təşkilati dəstəyi ilə hazırlanan toplunun ikinci cildi yalnız test materiallarından ibarətdir.

 

Testlər toplusunun əsas özəlliklərindən biri burada hər mövzuya aid  sualların sonunda xüsusi QR-kodların olmasıdır. Abituriyent həmin QR-kodlardan yararlanmaqla testləri onlayn şəkildə cavablaya  bilər.

 

Abituriyentlər üçün hava-su kimi zəruri olan, məhdud sayda çap edilən kitabı əldə etmək istəyən bu nömrələrlə əlaqə saxlaya bilər.

 

Əlaqə nömrələri:

070-213-33-33

055-329-48-78

 

Qeyd edək ki, kitabın qiyməti 15 AZN-dir.

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları