Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-16 12:15:00
Bu tədris ilində bir nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb  

Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığa dair 2017-ci il 3 aprel tarixli müqaviləyə uyğun olaraq, bir nəfər Azərbaycan Respublikası vətəndaşı 2022-2023-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, sözügedən şəxs Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University”də magistratura səviyyəsində loqistika sahəsi üzrə təhsil almaq hüququ qazanıb.

Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan martın 16-da verilib.