Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-16 10:28:00
Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi aparılır  

Rezidenturanın boş qalan plan yerlərinə seçimi davam edir.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 09:45-dək olan məlumata görə, 40 (Azərbaycan bölməsi -39, rus bölməsi - 1) nəfər ərizəsini təsdiqlədib. İxtisas seçimi sentyabrın 19-dək davam edəcək.

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2022, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.