Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 09:30:00
MİQ  imtahanında tutduğu vakant yerlə bağlı problemlə üzləşən  müəllimlərə  şad xəbər - Həll  olundu!  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazansa da, bəzi müəllimlər qəbul olunduqları məktəbdə süni maneələrlə qarşılaşırlar.

AzEdu.az xəbər verir ki, bu kimi neqativ halların aradan qaldırılması məqsədilə İnsan Resursları Mərkəzi tərəfindən ciddi tədbirlər görüləcək. Hazırda hər hansı çətinliklə üzləşən şəxslərin müraciətlərinin və bu çətinliklərin yaranma səbəblərinin mərkəz tərəfindən ciddi araşdırılmasına başlanıb. 

Sözügedən məsələnin  daha da operativ araşdırıla bilməsi üçün problemlə üzləşən müəllimlərdən xahiş olunur ki, bu məlumatları İnsan Resurslar Mərkəzinin rəsmi feysbuk səhifəsinə yazaraq bildirsinlər:

-Namizədin soyadı, adı və ata adı;

-Fənn və bölmə;

-Aidiyyəti təhsil müəssisəsi;

-Şikayətin qısa məzmununu (vakant yerin olmamasının bildirilməsi, daha az yükü ilə təmin edilmə və s.)

Göstərilən qəbildən olan problemlərin araşdırılması və həll olunması üçün İnsan Resursları Mərkəzi tərəfindən təxirəsalınmaz tədbirlər görüləcək, müraciət edənlərə araşdırmanın nəticəsi barədə  məlumat veriləcək.

Elşən Ramizoğlu