Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 14:56:00
Valideynlərin bağçalarla bağlı ən ciddi narazılıqları – Cavabsız qalan sorğular

 

Uşaqların bağçaya qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə (bağçalara) elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.

 

Valideynlərin əksəriyyəti elektron qəbul zamanı yaranan texniki problemlərdən şikayətlənirlər. Onlar bu barədə Elm və Təhsil Nazirliyinə müraciət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını bildirirlər.

 

AzEdu.az məsələ ilə bağlı valideynlərin ən çox şikayətləndirkləri məqamları və AzEdu-ya daxil olan şikayətlərin bir qismini təqdim edir:

 

Əksəriyyət elektron qeydiyyat zamanı səhifənin açılmamasından şikayətlənir.

 

"Mən kəçən aydan baxçaya qeydiyyatdan keçməyə  çalışıram amma alınmır. Portal  adımızın artıq qeydiyyatdan keçiyini deyir  ama kod gelmir. Bağçalar yalnız  onlayn  şəkildə uşaq qəbul edir. Amma onlayn şəkildə qeydiyyatdan keçmək alınmır".

 

  "Bağçaya qəbul saytına giriş etmək olmur"

 

"Övladımı bağçaya qeydiyyatdan keçirmək  istəyirəm, amma səhifə açılmır.  Bağçaya da yaxınlaşanda bizə deyilir ki, qeydiyyat onlayn formada aparılır".

 

"Biz övladımızı bağçaya qoymaq istəyirik və istədiyimiz bağçada boş yer var. Saytdan qeydiyyatdan keçmək istəyirik, amma sayt açılmır".

 

"Uşağı bağçaya yazdırmaq istəyirik, amma onlayn qeydiyyat alınmır, səhifə açılmır".

 

Valideynlərin bir qismi bağçanın cavablarının gəlmədiklərini  bildirir.

 

"Bağçaya növbəyə yazılmışıq bizə hələ ki, təsdiq mesajı gəlməyib.  Bəzi tanıdığımız şəxslərə artıq gəlib".

 

Qeyd edək ki, məsələ ilə bağlı  nazirliyə ünvamladığımız sorğular cavabsız qalır.

 

 

 

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları